BNA: Bakıda 5 300-dən çox əlavə parklanma yeri təşkil edilib

BNA: Bakıda 5 300-dən çox əlavə parklanma yeri təşkil edilib
# 28 aprel 2021 12:25 (UTC +04:00)

“Bakıda ötən il 4 167, ümumilikdə isə 8 527 nişan quraşdırılıb”.

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 663 küçə və prospektdə yol hərəkətinin təşkili və səmərəliliyi artıb: "300-ə yaxın məntəqədə 5 300-dən çox əlavə parklanma yeri təşkil edilib. Dayanma, durma, parklanma qaydalarının nizamlanmasına şəhərin müxtəlif ərazilərində quraşdırılmış 100 kamera, həmçinin xidməti personal vasitəsilə nəzarət olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR