BNA xüsusi karantin rejimində ekspress avtobus xətlərinin təşkili ilə bağlı açıqlama yayıb

BNA xüsusi karantin rejimində ekspress avtobus xətlərinin təşkili ilə bağlı açıqlama yayıb
# 23 mart 2020 21:07 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumatda bildirilir ki, M1 və M2 ekspress marşrut xətləri avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

M1 - xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)

M2 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. - 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.

Məlumatda bildirilir ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

BNA sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edir. Həmçinin zərurət olmadığı halda evdən çıxmamaq tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR