BTQ-nin ötürmə gücü artırılıb

BTQ-nin ötürmə gücü artırılıb
# 13 may 2020 13:16 (UTC +04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə əlavə 3 500 ton yük daşınmasını təmin edəcək yeni konteyner köçürmə sistemi yaradılıb.

APA xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfindəki Canbaz stansiyasında qurulan yeni sistemdən ilk dəfə istifadə edəcək qatar artıq Qazaxıstandan Azərbaycana gəlib və Azərbaycandan da yola salınıb: “Köçürmə sistemini istifadə edəcək ilk qatar Qazaxıstan və Azərbaycanda yüklənərək yola çıxıb. Qatar 15 vaqonda yer alan 27 konteynerdə 1 200 ton mineral, kənd təsərrüfatı məhsulları və ferro silikon xammalını Mersin, Derince və Denizliyə çatdıracaq. Bu çətin dövrdə BTQ-nın yük potensialının artırılması istiqamətində işləri sürətlə tamamladıq. Gürcüstan sərhədinə qurduğumuz konteyner köçürmə sistemi ilə köçürmələri sürətləndirdik”.

Nazir bildirib ki, BTQ dəmir yolu xətti Avropa ilə Asiya arasında körpü olmaq xüsusiyyətini hər ötən gün daha da möhkəmləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR