Bakı-Naxçıvan-Bakı aviareysinə biletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq

Bakı-Naxçıvan-Bakı aviareysinə biletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq
# 17 dekabr 2019 12:43 (UTC +04:00)

Gələn ilin yanvar ayının 8-dən yerinə yetirilən Bakı-Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq.

APA-Economics”in “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən verdiyi məlumata görə, www.azal.az saytında həyata keçirilən texniki işlərlə əlaqədar 8 yanvar tarixindən sonra yerinə yetirilən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti olaraq mümkün olmayacaq. Texniki işlərin 7 yanvar 2020-ci ildə başa çatması planlaşdırılır. Qeyd edək ki, 8 yanvardan əvvəl yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyyətsiz aparılacaq.

“Qeyd olunan dövr üçün biletlərin əldə edilməsi ilə bağlı “Silk Way Travel”in ofisinə (Bakı şəhəri, Nizami küçəsi, 126), həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Naxçıvanın hava limanındakı kassalarımıza müraciət etməyinizi xahiş edirik”, - AZAL-ın məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR