Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunub

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunub
# 28 sentyabr 2020 15:34 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə etdiyi dəyişikliyi ləğv edib.

QSC-dən “APA-Economics”ə verilə məlumata görə, ADY çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişikliyi ləğv edib. Beləliklə, Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

Xatırladaq ki, ölkədə komendant saatının tətbiq edilməsi ilə əlaqədar ADY Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR