"BakıKart"ın ödəmə terminallarında nağd ödənişlər dayandırıla bilər

"BakıKart"ın ödəmə terminallarında nağd ödənişlər dayandırıla bilər
# 28 aprel 2021 13:02 (UTC +04:00)

“BakıKart”ın ödəmə terminallarında nağd ödənişləri dayandırmaq istəyirik”.

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu ilin sonunda kartlarda onlayn ödəniş mümkün olacaq: “2 000-ə yaxın avtobus dayanacağında ödəmə terminalı iqtisadi cəhətdən səmərəsizdir. Burada əsas çətinlik metronun bağlanması ilə oldu. Vestibüllər isə artıq açılıb, yaxın bir ay ərzində “Milli ÖN”lərdə də ödəmə mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR