Bakıda beynəlxalq tikinti forumu keçirilib - FOTO

Bakıda beynəlxalq tikinti forumu keçirilib - FOTO
# 27 fevral 2020 16:46 (UTC +04:00)

“Caspian European Club” və “Caspian Energy” Azərbaycan, Gürcüstan və Qazaxıstanda B2B forumun təşkilini bərpa edib.

APA-Economics” xəbər verir ki, birinci B2B forum 2020-ci il bu gün Bakıda keçirilib. Forum inşaat, tikinti innovasiyaları və inşaat sektorunda müasir qərarlar mövzusuna həsr olunub.

“Construction B2B Forum”da tikinti sahəsini təmsil edən Azərbaycan Respublikasının dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin nümayəndələri iştirak edib.

Forum “Caspian European Club” tərəfindən beynəlxalq biznes netvorkinqi üçün yaradılmış unikal platformadır. Bu tədbir çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir və öz fəaliyyətləri barədə məlumat verirlər.

Hər ay Bakı, Almatı və Tbilisidə keçiriləcək B2B forum Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin Xəzər-Qara dəniz və Baltik regionunun digər ölkələrinin iqtisadiyyatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin yaradılması üçün əlavə platformaya çevriləcək.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR