Bakıda bu il 150 eskalator təmir edilib

Bakıda bu il 150 eskalator təmir edilib
# 08 sentyabr 2020 14:50 (UTC +04:00)

Hazırda iki eskalator (Su İdman Sarayı və Dövlət Bayrağı Meydanının qarşısındakı yeraltı piyada keçidlərində) dartı zəncirləri sıradan çıxdığı üçün təmirə dayandırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, Agentliyinin xidmət və balansında Bakı şəhəri üzrə 65 yerüstü və 15 yeraltı piyada keçidlərində 179 müxtəlif markalı eskalatorlar var.

2020-ci ilin yanvar-avqust aylarında 150 eskalatorun sıradan çıxmış əsas detalları (dartı zənciri, pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, sürahi istiqamətləndiricisi, buynuz kəməri, daraq pillə önlüyü və s.) yenisi ilə əvəz olunmuşdur.

29 eskalatorun müxtəlif detalları (şkifaltı kəmərin roliki, elektrik mühərriki, karniz, karniz rolikləri, fren, işçi əyləc qəlibi, beyin kartı, pillə plastması, işçi əyləc dolağı və s.) təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR