Bakıda kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilir - FOTO

Bakıda kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilir - FOTO
# 05 mart 2020 15:06 (UTC +04:00)

II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində keçirilən növbəti seminar Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin ("İKT LAB") təşkil etdiyi kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilir.

"APA-Economics"in məlumatına görə, seminarın əsas məqsədi kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə tədbir iştirakçılarını məlumatlandırmaqdır.

Seminarda "Ethical Hacker", "İSO/İEC 27001:2015" standartı əsasında beynəlxalq sertifikat və “CompTİA security+” beynəlxalq sertifikatları və onların əldə edilməsi yolları haqqında təqdimatlar keçirilir.

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarının davamı olaraq, 10-14 mart tarixlərində "ISO/IEC 27001:2015 standartı – "İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər" əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və martın 10-dan başlayaraq 2 ay müddətində davam edəcək "CompTİA Security+", yəni "İT təhlükəsizliyinin əsasları" beynəlxalq sertifikatlaşdırma təlimi təşkil ediləcək.

İştirakçılar təlimdə iştirak etməklə yanaşı, beynəlxalq imtahanları uğurla keçərək, beynəlxalq sertifikat almaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, "Kibertəhlükəsizlik həftəsi" sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR