Bakıda ötən il sahəsi 1 mln. kvadrat metr təşkil edən tikinti obyektlərinin inşasına icazələr verilib

Bakıda ötən il sahəsi 1 mln. kvadrat metr təşkil edən tikinti obyektlərinin inşasına icazələr verilib
# 24 yanvar 2020 16:30 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamları ilə 2019-cu il ərzində təsdiq olunan və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 647 211 kvadrat metr təşkil edib ki, bu sahənin 2 520 808 kvadrat metr təşkil edən hissəsi mənzillər təşkil edəcək.

APA-Economics”in məlumatına görə, bunu 2019-cu ilin yekunlarına həsr olunan Komitənin geniş tərkibli kollegiya iclasında çıxış edərkən Komitənin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, hesabat dövründə Komitə tərəfindən Bakı şəhərində ümumi sahəsi təqribən 1 mln. kvadrat metr təşkil edən tikinti obyektlərinin tikintisinə icazələr verilib.

Bununla yanaşı, Bakı şəhəri üzrə ümumi sahəsi 10 397 148 kvadrat metr təşkil edən tikinti obyektlərinin istismarına icazə verilib ki, bu sahənin 7 154 015 kvadrat metr təşkil edən hissəsi mənzillərin payına düşüb. Bunlardan ümumi sahəsi 9 532 857 kvadrat metr, mənzillərin sahəsi isə 6 736 933 kvadrat metr təşkil edən yaşayış binalarının istismarına icazə Azərbaycan Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR