Bakıda velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq

Bakıda velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq
# 09 oktyabr 2020 15:06 (UTC +04:00)

Bakının Baş plan çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması da nəzərdə tutulub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş planının ilkin layihəsində deyilir.

"2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 km təşkil edəcəyi nəzərdə tutulur", - layihədə qeyd olunub.

Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-km-dən 198,4 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR