23-29 dekabr tarixlərində Yasamal rayonunda 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1 300-ə yaxın mənzili əhatə edəcək.
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qeydiyyat kampaniyası 23 dekabrda D. Bünyadzadə küçəsi 11D, 24 dekabrda M. Seyidov küçəsi, 3149-cu məhəllə, 25 dekabrda Moskva prospekti, 3168-ci məhəllə, 26 dekabrda D. Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D. Əliyeva küçəsi, 17 ünvanında, 28 dekabrda Talıblı və D. Bünyadzadə küçələrinin kəsişməsində, 29 dekabrda isə Z. Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.
Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.