Bakının akustik çirklənmə səviyyəsinin monitorinqi aparılacaq

Bakının akustik çirklənmə səviyyəsinin monitorinqi aparılacaq
# 13 yanvar 2020 14:02 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyanın İnformasiya Texnologiya İnstitutu Bakıda akustik çirklənmə səviyyəsinin ölçülməsi məqsədilə monitorinqlər aparacaq.

Bunu “APA-Economics”ə institutun şöbə müdiri Bikəs Ağayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə zəruri avadanlıqlar alınacaq ki, onların texniki parametrlərinə dair təkliflər hazırlanıb.

“Hazırda müəyyən obyektlərin akustik küy çirklənməsindən mühafizə məqsədilə təkliflər verilib. Misal olaraq hava limanının yaxınlığında yerləşən yaşayış əraziləri qeyd etmək olar. Burada küy çirklənməsi normadan 3 dəfəyə yaxın çoxdur. Yəni əgər norma 55 dB civarında olmalıdırsa, bu ərazidə təyyarə havaya qalxdıqda küy 130 dB-dən artıq təşkil edir. Bu isə əhaliyə mənfi təsir edir”, - deyə B. Ağayev qeyd edib.

İnstitutun şöbə müdiri əlavə edib ki, bu sahədə müvafiq standartların qəbul olunmasına və mövcud qanunvericiliyin yenidən baxılmasına zərurət var.

“Dünya praktikasında beynəlxalq işlək mexanizmlər, standartlar var ki, onlar küy çirklənməsinin azaldılmasına dair tələblər müəyyən edir. Məsələn, xəstəxana tipli obyektlərin yaxınlığında küy çirklənməsinin azaldılması. Burada müxtəlif üsulların tətbiqi ilə küy çirklənməsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Və yaxud gecə küyünə aid beynəlxalq standartlar var ki, gecə saatlarında küy 25-30 dB. keçməməlidir. Qeyd edim ki, akustik küyə dair Avropada 500-ə yaxın təlimat və standart mövcuddur. Azərbaycanda isə təxminən 40 yaxın Rusiya standartları istifadə olunur ki, onları mükəmməl saymaq olmaz”, - deyə B. Ağayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR