Bakının iki rayonunda mənzillərin qeydiyyatı üzrə növbəti sənəd qəbulu keçiriləcək

Bakının iki rayonunda mənzillərin qeydiyyatı üzrə növbəti sənəd qəbulu keçiriləcək
# 21 sentyabr 2020 10:27 (UTC +04:00)

Bakı şəhərinin iki rayonunda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu sentyabrın 21-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə. Əliyev küçəsi, 8 ünvanında, sentyabrın 23-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ünvanında, sentyabrın 25-də isə Bakı şəhəri, Nərimanov rayonu, Y.V. Çəmənzəminli küçəsi 16, 933-cü məhəllə ünvanında keçiriləcək.

İyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 19 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR