Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyət olacaq

Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyət olacaq
# 18 dekabr 2019 09:13 (UTC +04:00)

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR