Beynəlxalq Dəniz Təşkilatının iclasları növbəti dəfə təxirə salınıb

Beynəlxalq Dəniz Təşkilatının iclasları növbəti dəfə təxirə salınıb
# 05 may 2020 14:33 (UTC +04:00)

Beynəlxalq Dəniz Təşkilatının (IMO) iyulda keçirilməsi planlaşdırılan iclasları, o cümlədən IMO Şurasının növbəti sessiyası koronavirusla əlaqədar təxirə salınıb.

"APA-Economics"in "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-a (ASCO) istinadən verdiyi məlumata görə, bununla belə, IMO-da 2020-ci il üzrə yeni iclas proqramlarının hazırlanmasına başlanılıb.

İclasların yenidən başlanılması Dünya Səhiyyə Təşkilatı və Böyük Britaniya hökumətinin təlimatları, o cümlədən IMO-ya üzv dövlətlərdəki vəziyyətdən asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR