Botlarla yayılan yeni "WhatsApp Pink" virusu aşkarlanıb

Botlarla yayılan yeni "WhatsApp Pink" virusu aşkarlanıb
# 28 aprel 2021 10:14 (UTC +04:00)

İnternet şəbəkəsində botlar vasitəsilə link şəklində yayılan yeni "WhatsApp Pink" virusu aşkarlanıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, messencerin istifadəçilərinə şəxsi profilin rəngini dəyişmək üçün zərərverici əlavə olunan link göndərilir.

Zərərverici proqram həm istifadəçinin şəxsi məlumatlarını, həm də "WhatsApp" hesabını oğurlaya bilər.

Mərkəz, vətəndaşları diqqətli olmağa çağırır və bu kimi şübhəli məzmunlu keçidlərə keçməməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR