Bu ilin sonunadək Bakıda 7,5 km uzunluqda velosiped yolu inşa ediləcək

Bu ilin sonunadək Bakıda 7,5 km uzunluqda velosiped yolu inşa ediləcək
# 28 aprel 2021 13:07 (UTC +04:00)

Şəhərin mərkəzi və Bulvar ərazisini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun inşası layihələndirilib.

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bakı şəhərinin Baş Planında nəzərdə tutulan velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR