Bugünkü "World Net Summit" beynəlxalq onlayn konfransında Selçuk Bayraktar çıxış edəcək

Bugünkü "World Net Summit" beynəlxalq onlayn konfransında Selçuk Bayraktar çıxış edəcək
# 18 dekabr 2020 12:46 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransı bu gün davam edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu gün də tədbirdə “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktar yüksək texnologiyalar və innovasiyalar haqqında çıxış edəcək.

O, çıxışında startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edəcək.

Xatırladaq ki, ölkədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ildən keçirilən beynəlxalq “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə innovasiya ekosistemi sürətlə inkişaf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR