"Buta Airways" İstanbul reysinin istiqamətini dəyişdirib

"Buta Airways"  İstanbul reysinin istiqamətini dəyişdirib
# 06 fevral 2020 08:54 (UTC +04:00)

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways"in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul Yeni hava limanına aparılacaq.

"Buta Airways"dan "APA-Economics"ə verilən məlumata görə, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

Qeyd edək ki, fevralın 5-də İstanbulun Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində qəza baş verib. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR