Bəzi aviaşirkətlər İran əvəzinə Azərbaycanın hava məkanından istifadə etməyə başlayıb

Bəzi aviaşirkətlər İran əvəzinə Azərbaycanın hava məkanından istifadə etməyə başlayıb
# 09 yanvar 2020 11:18 (UTC +04:00)

Bəzi beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadənin dayandırılmasından sonra Azərbaycanın hava məkanından aktiv istifadə etməyə başlayıb.

APA-Economics” xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.

Bildirir ki, mövcud vəziyyətlə əlaqədar İran və İraqa uçuşların dayandırılmasından sonra təyyarələr Avropa istiqamətlərinə uçarkən Azərbaycan və Türkmənistanın hava məkanında sıxlıq müşahidə edilib. 

Qeyd edək ki, “Lufthansa”, “Air France”, “Singapore Airlines” şirkətləri də daxil olmaqla bəzi böyük beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadəni müvəqqəti dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR