"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsi pandemiyaya görə təxirə salınıb

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsi pandemiyaya görə təxirə salınıb
# 28 dekabr 2020 15:13 (UTC +04:00)

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsi pandemiya səbəbindən təxirə salınıb.

Müsabiqənin təşkilatçılarından "APA-Economics"ə verilən məlumata görə, müsabiqə çərçivəsində nəzərdə tutulan sonuncu “Uçuş və uçuşdan sonrakı hesabat” mərhələsi pandemiya ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, müsabiqəyə 5 ali təhsil müəssisəsindən (Bakı Mühəndislik Universiteti, UFAZ, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi və Moskva Dövlət Universiteti) 6 komanda (Rodimus, Canopus, Feniks, Undefined Five Objects, MS_U_FO və Cannis Majoris) sənədlərini təqdim edərək finala vəsiqə qazanıblar.

Müsabiqə tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir.

Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunan missiyasını yerinə yetirir.

Müsabiqə Təhsil Nazirliyi və "Azercosmos" ASC tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR