Cəbhə zonasında bir çox kəndin qaz təchizatı bərpa edilib

Cəbhə zonasında bir çox kəndin qaz təchizatı bərpa edilib
# 16 oktyabr 2020 11:51 (UTC +04:00)

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır. O cümlədən, Füzuli rayonu üzrə də qaz alan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, 2 yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb. Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə 27.09.2020-ci il tarixindən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR