Cəbhə zonasının bəzi ərazilərində qazın verilişi bərpa olunub

Cəbhə zonasının bəzi ərazilərində qazın verilişi bərpa olunub
# 07 oktyabr 2020 12:59 (UTC +04:00)

Cəbhə zonasındakı gərgin vəziyyətlə bağlı qaz təchizatı məhdudlaşdırılan bəzi ərazilərdə qazın verilişi bərpa olunub.

APA-Economics” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargahın məlumatında deyilir.

“Oktyabrın 7-də saat 09:00-dan etibarən Füzuli rayonunun 5 yaşayış məntəqəsinə (Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Mirzənağılı, Əhmədalılar və Qazaxlar kəndləri) təbii qazın verilməsi təmin edilib. Hal-hazırda Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin edilir. Ağdam rayonu üzrə isə 6 yaşayış məntəqəsi təbii qazla təmin edilməkdədir. Digərlərində müvəqqəti olaraq qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı tam olaraq məhdudlaşdırılıb”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR