"China Southern Airlines" Quançjou-Bakı aviareysi üzrə uçuşları dayandırıb

"China Southern Airlines" Quançjou-Bakı aviareysi üzrə uçuşları dayandırıb
# 29 yanvar 2020 10:20 (UTC +04:00)

"China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

Bu barədə "APA-Economics"ə şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: "Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir".

Qeyd edək ki, "China Southern Airlines" Bakıdan Quançjouya hər həftənin II və VII günləri yerinə yetirirdi.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR