Çinin kiberidmandan əldə etdiyi gəlirləri ilk dəfə 14 mlrd. dolları üstələyib

Çinin kiberidmandan əldə etdiyi gəlirləri ilk dəfə 14 mlrd. dolları üstələyib
# 05 may 2020 17:10 (UTC +04:00)

Ötən il Çinin kiberidmandan əldə etdiyi gəlirləri 25% artaraq 117,5 mlrd. yuana (16,6 mlrd. ABŞ dolları) çatıb.

"APA-Economics"in "iResearch Consulting Group"a istinadən verdiyi məlumata görə, kiberidman sahəsinin gəlirləri, o cümlədən oyunlar, turnirlər və satışlardan əldə olunan gəlir ilk dəfə olaraq 100 mlrd. yuanı (14,2 mlrd. dolları) ötüb. 2021-ci ilədək bu rəqəmin 165,1 mlrd. yuandan (23,4 mlrd. dollardan) çox olacağı gözlənilir.

Qeyd olunur ki, əgər hazırda gəlirlərin böyük hissəsi məhz elektron idman oyunları tərəfindən generasiya olunursa, bu tendensiya artıq dəyişməkdədir. Belə ki, mobil və kompüter oyunlarından əldə olunan gəlir müvafiq olaraq 47,2% və 24,7%-ni təşkil edir. Hazırda əlaqəli ekosistemlərdən, o cümlədən reklam və satışlardan əldə olunan gəlir 24,7%-ə bərabərdir və 2021-ci ilədək bazarın üçdə bir hissəsi məhz bunların payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR