Dekabrın sonunda Bakıda "ASAN Assosiasiyası"nın təməli qoyulacaq

Dekabrın sonunda Bakıda "ASAN Assosiasiyası"nın təməli qoyulacaq
# 26 noyabr 2019 11:41 (UTC +04:00)

Bu ilin dekabr ayının son dekadasında Bakıda "ASAN Assosiasiyası"nın yaradılması ilə bağlı beynəlxalq tədbir keçiriləcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, assosiasiyanın yaradılması ilə bağlı cari ilin iyun ayında niyyət protokolu imzalanıb və dekabr ayında sözügedən assosiasiyanın rəsmi təməlqoyma mərasimi keçiriləcək.

"Bu prosesə 8 dövlət qoşulub və bu dövlətlərlə yanaşı bir neçə başqa dövlətlər də bu assosiasiyaya qoşulması ilə bağlı təşəbbüslə çıxış ediblər. Bundan başqa, biz həmin çərçivədə növbəti mərhələlərdə digər ölkələrdə “ASAN”nın tətbiqini planlaşdırırıq ki, müvafiq mexanizmlər yaradılsın. Bu ölkələr sırasına Türkiyə, BƏƏ, Monteneqro, Mərakeş, İndoneziya, Əfqanıstan və s. daxildir", - deyə C. Salmanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR