Dünyanın ən məşhur elektromobil brendlərinin reytinqi açıqlanıb - TOP-10

#
# 15:15
19 may 2020

"Qianlong" tədqiqat institutu 2020-ci ilin may ayına olan ən nüfuzlu və məşhur elektrik nəqliyyat vasitələrinin istehsalçılarının reytinqini dərc edib.

"APA-Economics"in tədqiqat institutuna istinadən verdiyi məlumata görə, mütəxəssislər qiymətləndirməni elektromobil istehsalçıları haqqında xəbərlərin təhlili, onlayn şikayətlər, keyfiyyət rəyləri və digər məlumatlar əsasında aparıb.

Reytinq tərtibatçıları qeyd edir ki, innovasiya və texnoloji yeniliklər brendin nüfuzunda olduqca vacib rol oynayır, buna görə istehsalçılar son illər ərzində müxtəlif yeniliklərin tətbiqinə və patent üzrə müraciətlər etməyə başlayıb. 

Ən məşhur elektromobil istehsalçılarının reytinqi: 

#

İstehsalçı

İndeks

1

Tesla

8,57

2

Audi

8,25

3

Volkswagen

8,14

4

GAC NE

7,77

5

BMW

7,67

6

BYD

7,56

7

Geely

7,37

8

BJEV

7,26

9

Mercedes-Benz

6,96

10

Nio

6,95

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR