Efiopiyada Afrikanın ən böyük aeroportu tikiləcək

Efiopiyada Afrikanın ən böyük aeroportu tikiləcək
# 17 yanvar 2020 12:23 (UTC +04:00)

Efiopiya dəyəri 5 mlrd. ABŞ dolları olan Afrikanın ən böyük hava limanının inşasına başlamağı planlaşdırır.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumatına görə, ölkə rəhbərliyi bu yeni infrastruktur layihəsi ilə qitədə ən gəlirli milli aviadaşıyıcısı olan "Ethiopian Airlines" şirkətini dəstəkləyəcək.

Aviaşirkətin baş icraçı direktoru Tevolde Qebremariamın yerli mediaya verdiyi məlumata görə, Əddis-Əbəbədəki Bole beynəlxalq hava limanından 70 km məsafədə yerləşən yeni aeroport ildə 100 milyona qədər sərnişinə xidmət edə biləcək. Hava limanı sərnişin dövriyyəsinə görə Avropanın ən məşğul aeroportu sayılan Hitrou (London) hava limanından da çox olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR