"Elektron satınalma" portalında xüsusi modul formalaşdırılır

"Elektron satınalma" portalında xüsusi modul formalaşdırılır
# 29 aprel 2020 14:43 (UTC +04:00)

"Elektron satınalma" portalında qeydiyyatdan keçən təşkilatların və fərdi istifadəçilərin telefon və mail ünvanlarının yenilənməsi üçün xüsusi modul formalaşdırılır.

"APA-Economics" "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, hazırda "ASAN ödəniş" sistemində büdcə təsnifat kodunun əlavəsi və şirkət haqqında məlumatlar yenilənir.

Belə ki, görülən işlər çərçivəsində "ASAN ödəniş" sistemində bank rekvizitlərinə büdcə təsnifat kodu xanası əlavə edilib. Tender yaradılan zaman lotda bank rekvizitlərinin seçimində cədvəldə digər rekvizitlərlə yanaşı büdcə təsnifat kodu da əks olunacaq.

Bununla yanaşı "ASAN ödəniş" sisteminin satın alan və təchizatçı təşkilatlar üçün istifadə təlimatları da yenilənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR