Elmir Vəlizadə: "Azərbaycanda yeni texnologiyalarla işləyən mütəxəssislərə ehtiyac yüksəkdir"

Elmir Vəlizadə: "Azərbaycanda yeni texnologiyalarla işləyən mütəxəssislərə ehtiyac yüksəkdir"
# 04 dekabr 2019 11:33 (UTC +04:00)

Azərbaycanda yeni texnologiyalarla işləyən mütəxəssislərə ehtiyac yüksəkdir və bunun üçün ali məktəb proqramlarını yenidən nəzərdən keçirməsi, yaxın gələcək üçün tələb olunan ixtisaslar üzrə mütəxəssislərin hazırlanması baxımından vacibdir.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransında çıxış edən Azərbaycanın Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, ölkədə "əşyaların interneti”ndən istifadənin genişləndirilməsi üçün vacib məsələ kadr hazırlığıdır.

"Texnologiya və məhsullardan istifadənin səmərəliliyinin artırılması üçün istifadəçilərin maarifləndirməsi və biliklərinin artırılması təmin edilməlidir. Bu işlərə özəl sektorun cəlb olunması və tədris proqramlarında yeni texnologiyaların nəzərə alınması, texniki bazanın müvafiq tələblərə uyğun yaradılması zərurəti də mövcuddur. Nazirlik tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır. Nazirliyin tabeliyində olan İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində "Əşyaların interneti" laboratoriyası qurulub və burada "əşyaların interneti" həllərinin yaradılması üçün hər bir şərait yaradılıb", - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR