Elmir Vəlizadə: 5G-nin tətbiqi üzrə zəruri standartlar təsdiqlənib

Elmir Vəlizadə: 5G-nin tətbiqi üzrə zəruri standartlar təsdiqlənib
# 02 dekabr 2019 11:58 (UTC +04:00)

5G rabitə şəbəkəsinin tətbiq edilməsi üzrə zəruri standartlar təsdiqlənib.

"APA-Economics"in məlumatına görə, bunu “Bakutel-2019” sərgi-konfransının açılışına həsr olunmuş mətbuat konfransında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu standartların qəbulu ilə bağlı qərar bu yaxınlarda Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı çərçivəsində verilib.

"Bu baxımdan Azərbaycanda da 5G texnologiyasının tətbiq edilməsi çox mühüm bir addımdır və Azərbaycan da bu istiqamətdə dünyada pilot layihə heyətə keçirən ölkələrin sırasına qoşulub. İndiyədək rəsmi standart təsdiq edilmədiyi üçün bir çox ölkələrdə pilot layihələr həyata keçirirdi. Yaxın 2 ilə gözlənilir ki, dünya ölkələri 5G-nin tətbiqini artıq real şəkildə həyata keçirəcək və güman edirik, Azərbaycan da bu ölkələr sırasında olacaq", - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR