Ermənistanın "Telegram" kanallarında Azərbaycanla bağlı növbəti dezinformasiya yayılıb

Ermənistanın "Telegram" kanallarında Azərbaycanla bağlı növbəti dezinformasiya yayılıb
# 08 oktyabr 2020 12:05 (UTC +04:00)

Ermənistanın "Telegram" kanallarında Azərbaycanla bağlı növbəti dəfə dezinformasiya yayılıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, yayılan məlumatda bildirilir ki, guya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saytları, həmçinin SOCAR-ın internet səhifəsi yenidən erməni hakerləri tərəfindən sındırılıb.

"Bildirmək istəyirik ki, bu xəbər əlacsız qalan Ermənistanın dezinformasiya siyasətinin növbəti təxəyyülüdür", - Mərkəzdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR