"General Əliağa Şıxlinski" gəmisinin təmiri başa çatdırılıb

"General Əliağa Şıxlinski" gəmisinin təmiri başa çatdırılıb
# 17 sentyabr 2020 16:45 (UTC +04:00)

600 ton yükqaldırma gücünə malik kranı olan “General Əliağa Şıxlinski” gəmisinin təmir işləri başa çatıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Gəmi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir. Gəminin uzunluğu 141,4 eni 54,5 metrdir. Gəmi 3×2510 at gücünə malik sükan-pər qurğuları ilə təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR