Güclü külək Ramanada daş hasarı qaz xəttinin üzərinə aşırıb - FOTO

Güclü külək Ramanada daş hasarı qaz xəttinin üzərinə aşırıb - FOTO
# 15 aprel 2020 11:06 (UTC +04:00)

Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hal-hazırda yaşayış yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR