"Hökumət buludu"na keçidlə bağlı bir sıra dövlət qurumu ilə müzakirələr aparılıb - FOTO

"Hökumət buludu"na keçidlə bağlı bir sıra dövlət qurumu ilə müzakirələr aparılıb - <span class=FOTO'>
# 04 may 2021 17:09 (UTC +04:00)

Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə “Təmiz Şəhər” ASC-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Görüşdə "Hökumət buludu Konsepsiyası"na aid informasiya təhlükəsizliyi, hüquqi mexanizm, miqrasiya vaxtı və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, bu günədək Energetika Nazirliyinin, Dövlət Reklam Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Enerji Məsələləri Tənzimləmə Agentliyinin, Gənclər Fondunun, Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Sənaye Korporasiyasının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Auditorlar Palatasının və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşlər baş tutub.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR