"Hökumət buludu"na keçidlə bağlı daha üç dövlət qurumu ilə müzakirələr aparılıb - FOTO

"Hökumət buludu"na keçidlə bağlı daha üç dövlət qurumu ilə müzakirələr aparılıb - FOTO
# 16 aprel 2021 11:57 (UTC +04:00)

Azərbaycanda daha üç dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Sənaye Korporasiyası və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq.

Bu günədək Energetika Nazirliyinin, Dövlət Reklam Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Enerji Məsələləri Tənzimləmə Agentliyinin, Gənclər Fondunun, Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR