Hövsanda optik telekommunikasiya xidmətlərinin tətbiqinə başlanılıb - FOTO

Hövsanda optik telekommunikasiya xidmətlərinin tətbiqinə başlanılıb - <span class=FOTO'>
# 26 aprel 2021 14:48 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Hövsan sakinlərini “Evədək optika” layihəsi çərçivəsində telefon, internet və televiziya xidmətləri ilə təmin etməyə başladı.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Qəsəbənin Quşçuluq massivində 1 800 nömrə tutumlu optik şəbəkə qurulub. Hazırda 1 200 mənzilin genişzolaqlı xidmətlərə qoşulması həyata keçirilir. Görülən işlər sözügedən massivdə telekommunikasiya xidmətlərinə tələbatı tam şəkildə ödəyir. Şəbəkənin qurulması zamanı gələcəkdə yaşayış massivinin genişləndirilməsi və sakinlərin sayının artması ehtimalı da nəzərə alınıb.

Əlavə olaraq Hövsan kəndi, Bağlar və Zeytunluq massivlərində müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişinə başlanılıb. Yenidənqurma işlərindən sonra sakinlər keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin ediləcəklər.

Hövsan qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. “Baktelecom” tərəfindən ərazidə 15 000 nömrə tutumlu şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 000 istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 000 mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (“Gigabyte Passive Optical Network” – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR