IATA bütün beynəlxalq aviareyslərdən öncə COVID-19 testlərinin keçirilməsini təklif edib

IATA bütün beynəlxalq aviareyslərdən öncə COVID-19 testlərinin keçirilməsini təklif edib
# 22 sentyabr 2020 18:00 (UTC +04:00)

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) karantin məhdudiyyətləri ilə sektora təzyiq göstərməmək məqsədilə bütün beynəlxalq aviareyslərdən əvvəl koronavirus testlərinin aparılmasının tərəfdarıdır.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı IATA-nın baş direktoru Aleksandr de Junyak (Alexandre de Juniac) bildirib.

Onun sözlərinə görə, qeyri-tibb işçilərinin edə biləcəyi sürətli və əlverişli testlərin qarşıdakı həftələr ərzində istifadəyə verilməsi gözlənilir ki, testlər qlobal səviyyədə razılaşdırılmış standartlara uyğun olaraq aparılmalıdır.

"Biz daha asan və ya təsirli olacaq alternativ bir həll yolu görmürük", - deyə A. Junyak bildirib.

Qeyd edək ki, cari ilin iyul ayında IATA hava nəqliyyatı ilə qlobal sərnişin daşımalarının böhrandan əvvəlki səviyyələrə 2024-cü ildən daha tez qayıdacağını proqnozlaşdırdı. İyun ayında isə Assosiasiya dünya aviaşirkətlərinin 2020-ci ildə COVID-19 səbəbindən rekord səviyyədə – 84 mlrd. ABŞ dolları məbləğində zərər görəcəyini, 2021-ci ildə isə ümumi zərərin 15,8 mlrd. dollara enəcəyini təxmin edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR