"IrAero" Krasnoyarsk-Bakı aviareysinin sayını azaldıb

"IrAero" Krasnoyarsk-Bakı aviareysinin sayını azaldıb
# 28 yanvar 2020 10:17 (UTC +04:00)

Rusiyanın "IrAero" aviaşirkəti Krasnoyarsk-Bakı aviareysinin sayını azaldıb.

Heydər Əliyev Beynəlxalq Aeroportdan "APA-Economics"ə verilən məlumata görə, əgər bundan öncə "IrAero" sözügedən marşrut üzrə həftədə iki dəfə uçuşlar həyata keçirirdisə, bundan sonra aviaşirkət Krasnoyarsk-Bakı-Krasnoyars aviareysini həftədə bir dəfə yerinə yetirəcək.

"Krasnoyarsk-Bakı-Krasnoyarsk aviareysinə tələbat azaldığından sözügedən reyslərin sayı 2-dən 1-ə azaldılıb. Əgər bundan öncə uçuşlar hər həftənin II və VI günləri yerinə yetirilirdisə, bundan sonra, martın 29-dək uçuşlar yalnız həftənin VI günləri həyata keçiriləcək. Yay uçuş cədvəlində bu aviareys üzrə uçuşların sayının artırılması istisna deyil", - deyə hava limanından bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR