İranla Azərbaycan arasında logistika və dəmiryol terminalının tikintisinə lisenziya verilib

İranla Azərbaycan arasında logistika və dəmiryol terminalının tikintisinə lisenziya verilib
# 29 aprel 2021 17:08 (UTC +04:00)

İranla Azərbaycan arasında Ərdəbil əyalətinin Parsabad bölgəsində müştərək logistika və dəmiryol yük terminalının tikintisi üçün lisenziya verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Ərdəbil əyalətinin başçısı Əkbər Behnamcu deyib.

O bildirib ki, hazırda Azərbaycan Respublikasının müsbət rəyini almaq üçün layihə, xəritələr və tədqiqatlar aidiyyəti üzrə komissiyalara təqdim olunub və bu sahədə işlər aparılır.

Ə. Behnamcu deyib ki, Ərdəbil azad zonasının yaradılması layihəsi üçün də qərarın verilməsi istiqamətində işlər tamamlanmaq üzrədir: "Ərdəbil əyalətində beynəlxalq əlaqələr üçün geniş potensial mövcuddur və azad ticarət zonasının yaradılması daha çox iqtisadi çiçəklənmə və investisiyanın cəlb olunmasına şərait yaradacaq".

Qeyd edək ki, Parsabad bölgəsində logistika mərkəzi və dəmir yolu terminalın tikintisi ilə bağlı 2 ildən artıqdır danışıqlar aparılır. Bu haqda Azərbaycan və İran prezidentlərinin razılaşması var. Sözügedən razılaşmaya əsasən, Azərbaycanın dəmiryol xətti Parsabad şəhərinə və daha sonra Ərdəbil və İranın daxili dəmir yolu xəttinə birləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR