İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır

#
# 10:01
30 aprel 2021

İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdırlar.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu İsrailin xarici işlər naziri Qabi Aşkenazi Azərbaycanla İsrail hökumətləri arasında Birgə Komissiyanın 2-ci iclasında çıxış edərkən deyib.

O, ölkələr arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsi, pandemiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılıb.

Hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın İsrail ilə dostluq və səmərəli tərəfdaşlıq əlaqələrini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, iki ölkənin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və İsrail arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR