Kiberhücumların dünya iqtisadiyyatına vurduğu zərər 2030-cu ilədək 90 trln. dollara çatacaq

Kiberhücumların dünya iqtisadiyyatına vurduğu zərər 2030-cu ilədək 90 trln. dollara çatacaq
# 06 noyabr 2020 15:23 (UTC +04:00)

2030-cu ilədək kiberhücumlar nəticəsində qlobal iqtisadiyyatın itkisi 90 trln. ABŞ dollarına çatacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun ("World Economic Forum" – WEF) qiymətləndirilməsində deyilir.

WEF-in məlumatına görə, kiberhücumlar və məlumat oğurluğu qlobal böhranın ən çox ehtimal olunan səbəbləri sıralamasında 9-cu yerdədir.

Kibercinayətlərin vurduğu zərər qlobal ÜDM-in hazırkı həcmi ilə müqayisə oluna bilər. Hakerlərin biznesi böyüyür, internetdə cinayətkarların sayı isə artır. Belə ki, təxminən 1,5 mln. insan internetdə ən azı bir dəfə cinayət əməli törədib, gələn il bu rəqəmin 2 mln-a çatacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR