Kürdə sualtı beton bənd inşa edilib - FOTO

Kürdə sualtı beton bənd inşa edilib - FOTO
# 13 yanvar 2021 15:18 (UTC +04:00)

Kür çayında sualtı beton bənd inşa edilərək istismara verilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, son zamanlar Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi səbəbindən Şirvan “Cənub” elektrik stansiyasının nasos qurğularının soyutma su ilə təminatında problemlər yaranmışdı. Yaranan problemlər səbəbindən çay sahilindəki nasos stansiyası elektrik stansiyasının işləmə prosesi üçün lazım olan soyutma suyu ilə tam təmin edə bilmədiyindən qurudakı nasos stansiyası tam gücü ilə işləyə bilmirdi. Nasoslar iş prosesində çətinliklərlə qarşılaşırdı. Müvafiq olaraq, texnoloji avadanlıqların soyudulması və elektrik stansiyasının istehsal gücünün azalmasına səbəb olurdu.

Bu problemi aradan qaldırmaq üçün “Azərenerji” ASC-nin sifarişi ilə “BCC Group” şirkəti tərəfindən qısa müddətdə çay səviyyəsini yüksəldərək nasos stansiyasından təxminən 400 metr aşağıda Kür çayı üzərində en kəsiyi boyu sualtı bənd inşa edilib. Bəndin tikintisi 2020-ci ilin noyabrında başa çatıb və nasos stansiyasının rahat işləməsi üçün çayda suyun səviyyəsi qənaətbəxş səviyyəyə qaldırılıb. Səviyyəqaldıran suaşıran beton bəndin iş prinsipi çayın qarşısında basqı yaratmaq hesabına suyun səviyyəsini sabit saxlamaqdır. Bu isə suyun götürülməsi və elektrik stansiyanın normal fəaliyyətini təmin edir.

Qeyd edək ki, “Cənub” elektrik stansiyasını soyutma sistemini su ilə təmin etmək üçün Kür çayının sahilində “Sahil” nasos stansiyası fəaliyyət göstərir. Ümumilikdə, nasos stansiyasının tərkibində diametri 2 min millimetr olan iki kollektorlu 4 nasosdan ibarət 3 kilometr uzunluğunda susoyuducu və sutəmizləyici sistem yaradılıb. Stansiya ən müasir avadanlıqlara təchiz edilib. Stansiyanın Kür çayından götürülən xam suyun məhsuldarlığı saatda 430 kubmetrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR