"MİDA" 135,4 min manat dəyərində satınalma müqavilələri imzalayıb

"MİDA" 135,4 min manat dəyərində satınalma müqavilələri imzalayıb
# 16 aprel 2020 15:39 (UTC +04:00)

"MİDA" MMC ofis təmiri xidmətinin, video müşahidə sistemlərinin quraşdırılması və kompüter avadanlıqlarının satın alınmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.

APA-Economics”in “Elektron satınalma” portalına istinadən verdiyi məlumata görə, “MİDA”nın elan etdiyi tenderlərin qalibləri “İdeal TM” və “ST Tech” MMC seçilib. Şirkətlərlə ümumi dəyəri 135,4 min manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən “İdeal TM” şirkəti tərəfindən Yasamal rayonu ərazisində yerləşən yaşayış kompleksində ofis təmiri işləri aparılacaq, “ST Tech” tərəfindən isə İnşa olunan yaşayış komplekslərində video müşahidə sistemlərinin quraşdırılması və genişləndirilməsi işləri aparılacaq, eləcədə kompüter avadanlıqları və ehtiyat hissələri tədarük ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR