MİDA: Yaxın iki ildə daha 6 827 ailə mənzillə təmin ediləcək

MİDA: Yaxın iki ildə daha 6 827 ailə mənzillə təmin ediləcək
# 12 aprel 2021 15:21 (UTC +04:00)

“Güzəştli mənzil” sistemi vasitəsilə bu günədək ümumilikdə 2 288 mənzil vətəndaşlara təqdim edilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) “APA-Economics”ə verilən məlumata görə, Agentliyin layihələrindən ümumilikdə 1 418 mənzil dövlət sifarişi əsasında ayrılıb. Bu mənzillərdən 991-nin rəsmiləşdirilməsi başa çatdırılıb.

Son 5 il ərzində Agentliyin fəaliyyəti nəticəsində 3 279 ailə mənzil ilə təmin edilib. Yaxın 2 il ərzində isə daha 6 827 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.

Bununla yanaşı, MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2 202 mənzilin, 350 yerlik üç uşaq bağçasının, 1 200 şagird yerlik orta təhsil məktəbinin, Gəncə şəhərində 6,23 hektar ərazidə 986 mənzilin, 125 yerlik uşaq bağçasının, 1 176 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0,75 hektar ərazidə 144 mənzilin tikinti işləri tamamlanmaq üzrədir.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə reallaşdırılan yeni yaşayış kompleksində isə 2 950 mənzilin, 240 yerlik bir uşaq bağçasının, 1 920 şagird yerlik orta təhsil məktəbinin tikintisinə başlanılıb.

Son 5 il ərzində 16 mindən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Ümumilikdə, 5 il ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın reallaşdırdığı layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə 80 mln. manata yaxın özəl investisiya cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR