MSK resurslarının kibertəhlükəsizlik auditi keçirilib

#
# 16:08
6 fevral 2020

Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) Mərkəzi Seçki Komissiyasının (MSK) veb-səhifəsinin və informasiya sistemlərinin auditini keçirib.

Bu barədə “APA-Economics”ə CERT-dən bildirilib.

Bildirilib ki, baş verə biləcək insidentlərin qarşısı almaq məqsədilə MSK-nın resursları nəzarətdə saxlanılır və monitorinqlər aparılır.

Qeyd edək ki, Mərkəz dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə xidmətlər göstərir.

Mərkəzdən bu gün, günorta radələrində “gov.az” domenində yerləşən rəsmi dövlət saytlarına girişin qısamüddətli çətinləşməsinə aydınlıq gətirərək bildirilib ki, müvəqqəti yaranan problem yeni qoşulmalarla əlaqəli olub və saytların fəaliyyəti operativ olaraq bərpa edilib.

Azərbaycan internet məkanında informasiya təhlükəsizliyi ilə bağlı mövcud vəziyyəti şərh edərkən Mərkəzdən bildirilib ki, hazırda açıq hücumlar bir o qədər müşahidə olunmur və hakerlər daha çox istifadəçiləri hədəfə alırlar.

“Hakerlər elektron poçt vasitəsilə istifadəçi qurğularını yoluxdurmağa, onların elektron poçt qutularının parollarını ələ keçirməyə, fişinq, spufinq kimi hücumlara daha çox hədəfləniblər”, - deyə Mərkəzdən qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR