"Microsoft": Azərbaycanın bu gün kiberorduya ehtiyacı var

"Microsoft": Azərbaycanın bu gün kiberorduya ehtiyacı var
# 02 mart 2020 14:47 (UTC +04:00)

Azərbaycanın bu gün kiberorduya ehtiyacı var və səlahiyyətli orqanların bu barədə düşünmələri gərəkdir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Microsoft-Azerbaijan"ın rəhbəri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, bu gün belə bir ordular qonşu ölkələrdə mövcuddur və onlar tək müdafiə deyil, eyni zamanda hücum istiqamətlərində fəaliyyət göstərir: "Belə olduğu təqdirdə, əgər ölkədə hər sahələr rəqəmsallaşdırılırsa, bu məsələyə ciddi diqqət verilməlidir".

Q. Mirzəyev həmçinin əlavə edib ki, "Microsoft" tərəfindən 2011-ci ildə "Digital Crime Unit" yaradılıb ki, bu, ölkələrə mütəşəkkil kibercinayətkarlığa mübarizə aparmağa imkan yaradır.

"Dövlət qurumları üçün bizim oradan təqdim etdiyimiz xidmətlər pulsuzdur. Bunun üçün sadəcə “Government Security Agreement” müqaviləsini imzalamaq kifayətdir. Təəssüflər olsun, bu gün Azərbaycanda bu razılaşma yoxdur və növbəti addımlardan biri bu razılaşmanın imzalanması olmalıdır ki, dövlət qurumları onun imkanlarından faydalana bilsinlər. Bundan sonra Azərbaycan "Digital Crime Unit"in imkanlarından istifadə edə biləcək. Söhbət analitik məlumatlardan gedir", - deyə Q. Mirzəyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR