Mikayıl Cabbarov: Gələcəkdə BTQ-nin yükdaşıma qabiliyyəti 15 mln. tondan çox olacaq

Mikayıl Cabbarov: Gələcəkdə BTQ-nin yükdaşıma qabiliyyəti 15 mln. tondan çox olacaq
# 06 dekabr 2019 10:16 (UTC +04:00)

Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin illik yükdaşıma qabiliyyəti 15 mln. tondan artıq olacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası zamanı Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, BTQ ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayır və oynayacaq.

Hazırda sözügedən dəmir yolu xəttinin yükgötürmə qabiliyyəti 6 mln. ton, sərnişindaşıma qabiliyyəti isə 1 mln. nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR