Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək
# 17 avqust 2020 16:51 (UTC +04:00)

İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 19-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında, avqustun 21-də isə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi,377-ci məhəllə ünvanında keçiriləcək. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq səkkiz ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR